"İlk növbədə Laçın dəhlizi tam nəzarətə götürməli, sonra əməliyyatlara başlanmalıdır" - Ədalət Verdiyev

16:25 15 Noyabr 2022

"Erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasına dair Azərbaycanda verilən sözlər heç bir zaman tutulmayıb. Bu prosesləri həyata keçirməli olan Rusiya sülhməramlıları tam əksinə olaraq hazırda Azərbaycan ərazisində olan erməni silahlıları üçün bir zəmanətçi funksiyasını yerinə yetirirlər. İstənilən halda, əgər bu gün Azərbaycanın ərazilərində erməni silahlıları, sursatları, texnikaları mövcuddursa bunun məsuliyyəti birmənalı olaraq yalnız Ermənistanda deyil, eyni zamanda Rusiya sülhməramlıarının üzərinə düşür".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O hesab etmir ki, bizim sülhməramlılara konkret vaxt verməyimiz zaman hansısa reallıqları dəyişəcək: "Birgə bəyanatın 4-cü bəndində kifayət qədər aydın şəkildə yazılıb ki, Rusiya sülhməramlılarının əraziyə yerləşməsi ilə Erməni silahlıları ərazidən çıxarılır. Lakin bu anlaşmadan 2 il keçməsinə baxmayaraq yerinə yetirilməyib.   Buna görə də, heç bir möhlət vermək lazım deyil. Azərbaycan ilk növbədə Laçın dəhlizinə giriş-çıxışı tam nəzarətə götürməli, sonra isə mülki əhalinin seyrək yaşadığı ərazilərdən başlamaqla antiterror, təmizləmə, çəkindirmə, cəzalandırma və s. kimi istənilən adda əməliyyata başlamalıdır. Bu əməliyyat birdəfəlik olaraq Erməni silahlılarının həmin ərazidən təmizlənməsi ilə başa çatmalıdır. Yalnız bundan sonra bəlkə də sülhməramlılar öz funksiyalarının yerinə yetirilməsinə bir qədər məsuliyyətlə yanaşarlar". 

Ə.Verdiyev qeyd eydi ki, erməni silahlılarının ərazidə qalması əslində Rusiya sülhməramlılarının Ukraynadakı müharibə əvəzinə sakit rejimdə xidmət etməsi üçün münbit şərait yaradır: " Buna görə də Erməni silahlılarının ərazidən çıxarılması və münaqişənin başa çatması onlar üçün maraqlı deyil. Çünki münaqişə başa çatarsa Rusiyaya ehtiyac qalmayacaq, Qarabağda da Erməni silahlıları qalmasa sülhməramlılara ehtiyac qalmayacaq. Bu prizmadan onlar öz şəxsi maraqları baxımından bu kimi fəaliyyətlərə üstünlük verirlər".

Seymur,

SİTAT.İNFO



Xəbər xətti