"Ötən həftənin yadda qalan hadisələrdən biri Ukranyanın Rusiya əsarətində qalmış Xerson vilayətinin azad olunması idi. Ukranya prezidentinin Xersona səfəri etməsinə, Rusiya heç bir reaksiya verə bilmədi. Rusiya prezidentinin mətbuat katibinin bu məsələ də bildirdiyi ürkək və qorxaq münasibət onu deməyə əsas verir ki, Ukranya öz ərazilərini tam şəkildə işğaldan azad edəcək. Statistikaya əsasən onu deyə bilərəm ki, bir birinin ardınca Ukranya tərəfini Rusiya ordusunun həm itkilərinin sayını artırır. Bir sözlə Rusiyanın "qara günləri" davam edir. Bu gün mətbuatda verilən məlumatda ondan ibarətdir ki, Ukranya bu hücumları davam etdirəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O, ABŞ-ın Ukranyaya silah tədarüklərinin davam edəcəyini bildirib:
"İndoneziyanın Bali şəhərində keçirilən sammit də ABŞ-ın prezidenti Bayden Ukranyanın bu qələbəsini möhtəşəm adlandırdı. Bundan sonra da Ukranyaya silah tədarüklərini davam etdirəcəklərini bildirdi. Prinsip etibarı ilə artıq müharibənin çox böyük hissəsi geridə qalıb. Hər şey sona doğru gedir".
Ü.Cəfərli Rusiya üçün bu son çox rüsvayçı və biabırçı olacağını söyləyib: "Rusiyanın öz məğlubiyyətini etiraf etməkdən başqa yolu qalmır. Vəziyyət Rusiya üçün dəhşətli formada çətinləşib. Bu günləri faktiki olaraq Rusiya Ukranyaya yalvarır. Yalvarır ki, danışıqlara başlasınlar. Rusiyanın bu gün təkcə nəzarəti altında olan ərazilər deyil, faktiki olaraq öz əraziləri də təhlükədədir. Buna görə Rusiya özünü "mələk" simasında özünü göstərir."
Ü. Cəfərov müharibənin gələcəyi ilə bağlı proqnozlar da verib: "Mən düşünmürəm ki, heç bir danışıqlar mümkün olmayacaq. Sərhədlər 1991-ci ildə olan səviyyəyə gəlib çıxacaq və Ukranya istədiyinə nail olacaq. Hesab edirəm ki, bu Ukranyanın işi haqq işidir və Rusiya ən sərt şəkildə cəzalandırılmalıdır. Bu da dünyadakı Rusiya kimi şovinist, militarist siyasi hərbi rəhbərliklərə bir dərs olmalıdır. Ukranya qışda da əməliyyatlarını davam etdirəcək, Melitopol və Zaporojye tam şəkildə azad olunaq. Krım məsələsi isə təxmin edirəm ki, 2023-cü ilin birinci yarısında Ukranyanın tam üstünlüyü ilə başa çatacaq. Rusiyanı da qarşıda çox ağır dönəm gözləyir. Rusiyanın daxilində parçalanma, siyasi hərbi rəhbərlikdə isə kəskin dəyişikliklər olacaq. 2023-cü ildə Putinin hakimiyyətdə qalmaq şansı sıfırdan aşağı olacaq".
Züleyxa Ağamalıyeva,
SİTAT.İNFO