"Azərbaycandakı yaşayış şərtlərinin ağırlığı, stress, gərginlik, iqtisadi böhranlar, problemlər insanları təqaüd yaşına çatmağa imkan vermir. Buna görə də, bu məsələdə dünya standartlarından çox, daxili statistikaya nəzər yetirməliyik. Öz insanlarımızın yaşam şərtlərini, orta ömür müddətini əsas götürüb pensiya yaşı müəyyən etməliyik ".
Bunu Sitat.info-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslı təqaüd yaşının ən az 6-7 il aşağı salınmasının tərəfdarı olduğunu bildirib: "Ətrafımızda da insanların artıq o yaşa çatmadığının şahidi oluruq. O yaşa çatanlar da elə vəziyyətdə olur ki, aldıqlarının hamısı iynə-dərmana gedir. Biz də təklif edirik ki, həm qadınlar, həm kişilər üçün pensiya yaşını 6-7 il aşağı salsınlar. Əksinə dövlət təxminən hər il təqaüd yaşını altı ay uzadır. Buna görə də təqaüd alanlar minimum səviyyəsindədir. Təxminən 40 faizə yaxın kişilər 65 yaşına çatmamış dünyasını dəyişirlər. Onların pensiya fonduna yığdığı maliyyələr özlərinə və ailələrinə çatmır. Hər bir insanın müəyyən bir yaşdan sonra istirahət etmək, təqaüdə çıxmaq, özünə vaxt ayırmaq hüququ var. Dövlət bəzən üzərinə məsuliyyət götürməyi bacarmalıdır. Xalqın malını bu və digər forma da xalqa qaytarmalıdır".
Züleyxa,
SİTAT.İNFO