"Zelenski artıq başqa cür danışmağa başlayıb. O dialoq mesajı verir, danışıqlar üçün qapıların açıldığını və belə mesajlar aldığını deyir. Ümumi atmosfer sanki düzəlir".
Bu sözləri REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
O bildirib ki, ABŞ və Qərb də Zelenskini sərt mövqedən çəkindirməyə çalışır: "ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan da Kiyev də idi, o da Krım məsələsində Zelenskini sərt mövqeyindən çəkindirmək istəyirdi. Bu da onu göstərir ki, Qərbdə Rusiyanın nüvə təhdidinin ciddi olduğunu anlayırlar. Bu oyuna getmək istəmirlər".
N.Cəfərli hesab edir ki, Alyans ölkələri dünya müharibəsinə gedə bilməz: "NATO çıxıb "Rusiya Polşa ərazisini qəsdən vurub" deyə bilməz. Bu o deməkdir ki, NATO-nun bütün qüvvələri Rusiya üzərinə hücuma keçməlidir. Bu isə artıq üçün dünya müharibəsi və dünyanın dağılması deməkdir. Ehtiyatlı davranışlar və mücərrəd açıqlamalar bundan xəbər verir. Əgər NATO Polşaya düşən raketin Rusiyaya məxus olduğunu dəqiq bilsəydi, yenə də biz tərəddüdlü açıqlamaların şahidi olacaqdıq. Çünki bunun başqa yolu yoxdur".
Seymur,
SİTAT.İNFO