Ərdoğan çapında siyasətçi özünü Putin kimi cinayətkarın səviyyəsinə salmamalıdır - Üzeyir Cəfərov

16:47 18 Noyabr 2022

"Birdən-birə 100-dən  artıq raketin Ukraynaya atılması ilə Putin hansı məqsədinə nail olmaq istəyirdi. Səbəb o idi ki, onu sındırdılar, o, İndoneziyaya getmədi. Zelenski isə kişi kimi, mərdi-mərdanə , qorxmadan, həyatı bahasına Xersona getdi, Rusiyaya sübut etdi ki, onun bayrağı burada əski parçasıdır. Bayrağı çıxarıb yerə atdı və dedi ki, gəl əksini sübut elə Putin. Ondan sonra Putin raketləri atdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O , raketin Ukraynadan atılması ehtimalına da münasibət bildirib: "Ukrayna niyə Polşanı vursun ki, Zelenskinin prezident Duda ilə çox gözəl münasibətləri var. Hətta gələcəkdə Türkiyə ilə Azərbaycan arasında olduğu kimi, Polşa ilə Ukrayan arasında da münasibətlər yaxındır. Onlar da bir millət, iki dövlət düsturu üzrə birləşə bilərlər. Ukrayna hansı əsasla Polşanı vura bilər ki... Yaxın günlərdə bu məsələnin əsli ortaya çıxacaq".

Ü.Cəfərov Ərdoğanın bu məsələdə Putini dəstəkləməsi haqqında bu sözləri deyib: "Mən istəməzdim ki, Ərdoğan tələsik açıqlamaları ilə öz nüfuzuna xələl gətirsin. O açıqlama verdi ki, bu məsələdə Rusiyaya inanır. Mən buna görə üzgünəm. Ərdoğan çapında bir siyasətçi özünü heç zaman Putin kimi bir cinayətkarın səviyyəsinə salmamalıdır".

 Nərgiz,

SİTAT.İNFO

 

 



Xəbər xətti