"Onların Azərbaycanda hakimiyyətə gəlməyə şansı yoxdur" - Natiq Cəfərli

13:41 21 Noyabr 2022

"Erməni faşizmi deyib ki, biz türklərlə yaşaya bilmərik. Bu onların tezisidir və biz bu tezislərə yiyə durası deyilik. Əksinə deməliyik ki, yaşamaq istəyirsinizsə  gəlin, yaşayın. Onsuz da orada 
erməni gənclər yaşamaq istəmirlər. Çünki perspektiv yoxdur, iş-güc yoxdur, universitet yoxdur. Türk dilini, azərbaycan dilini öyrənsinlər. Biz də Xankəndində İqtisad Universitetinin filialını açaq, onlar da gəlsinlər oxusunlar. Mən bu barədə danışanda bilirdim ki, söyənlər də olacaq, bəyənməyənlər də olacaq". 

Bu sözləri sitat.info-ya açıqlamasında "Real" partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

N.Cəfərli efirlərdə bu məsələ ilə bağlı çıxış edənləri populist adlandırıb, onların heç vaxt hakimiyyətə gəlməyə şansları olmadığını bildirib:

"Kim ki efirlərdə populist danışırlar ki, qıracağıq, batıracağıq, onların hakimyyəti gəlməyə heç şansı yoxdur .Ona görə də ağızlarına gələni danışırlar.
 Ancaq mənim məsuliyyətim var, mən bu ölkəni idarə etmək istəyən komandanən üzvüyüəm. Mən istəyirəm ki, biz gələcəkdə Azərbaycanda hökumətini seçkilər yolu ilə dəyişib quranda sözlərimi
mənim yadıma salmasınlar ki, o vaxt belə deyirdin indi niyə belə deyirsən. Bu məsuliyyəti bu gün də hiss edib bu sözləri deyirəm".

Məğrur,

Sitat.info



Xəbər xətti