"İran Azərbaycanı öz içindən yemək istəyir. Buna görə də partiya sədrlərinin ələ almağa çalışır. Bunların içində millət vəkilləri də var, ayrı-ayrı nazirliklərdə yüksək vəzifləri tutan adamlar da var.
Hələlik adını əldə etməmişik. Bu siyahını mən əldə edəcəm. İrandan qaçan azərbaycanlılar var, onlar Azərbaycanda kimə qarşı təhdidlər olacaq, hamısının siyahısını bizə verəcəklər".
Bu sözləri "Reaksiya tv"-nin efirində keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə də bildirib:
"Xatırlayırsınızsa, mən demişdim ki, sentyabrda bunlar Azərbaycanda dövlət çevrilişi hazılayırlar. Aldığım səs yazılarını DTX-ya çatdırmışam, bu məsələdə bir neçə millət vəkilləri də köməklik edib. Bunlar hələ də o fikirdədirlər.
Dövlət Təhlükəsizlik Xidməti onların bir hissəsini tutub. Qalib gəlmiş Azərbaycanı gözdən salmaq istəyirlər".
Məğrur,
Sitat.info