İran və Ermənistanı birləşdirən ortaq niyyətlərdir - Politoloqdan MARAQLI ŞƏRH

15:52 22 Noyabr 2022

İranla Ermənistanı Qarabağ mövzusundan başqa mövzular da birləşdirir".

Bu fikri Sitat.info-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O hesab edir ki, bəzi hallarda bu qüvvələri birləşdirən heç də onların bir-birinə qarşı məhəbbəti deyil: "Onları birləşdirən üçüncü tərəfə olan nifrətdir. Mən burada erməni xislətini xüsusi şəkildə vurğulamaq istəyirəm. Çünki, İranda müxtəlif icmalar var. O cümlədən xristian icmaları var, gürcü icması var,  xristianlar var. Onların bəziləri Şah Abbasın dövründən qalanlardır, bəziləri müsəlmanlığı qəbul ediblər, bəziləri yox. Bir çox icmalar var, amma burada alət rolunda ermənilər çıxış edir".

T.Abbasov vurğuladı ki, İran bu ermənilərdən öz mənfəəti üçün istifadə edir: "Qafqazda vəziyyət hər zaman qarışıq olub. Son yüzillikdə bir çox müharibələrlə qarşılaşdıq, o cümlədən İkinci Dünya Müharibəsi. Bu müharibələrdən sonra yeni müharibələr cızılmağa başladı. İstər-istəməz İran-Rusiya qarşılaşması yarandı. Ermənilər burada sadəcə alət rolu oynayıb. İran-Türkiyə münasibəti Qacar- Osmanlı dövründən yaxşı olmayıb. Bu müharibələr ərəfəsində ermənilər qızışdırıcı rol oynayıb".

Politoloq qeyd edir ki, ermənilərin əsas məqsədi xristian amilindən istifadə edərək müsəlmanlar arasında nifaq salmaq idi: "Ermənilər ikili-üçlü agent rolunu oynamağa hazır olublar. Guya ki, ermənilər İrana loyaldılar. Əslində belə deyil. İranlılar əslində ayıq millətdir, lakin, bəzi həqiqətləri görməkdə çətinlik çəkirlər. Ermənilərin iç üzü bizə məlumdur. Onlar sadəcə qan tökməyə, müsəlmanlar arasında nifaq salmağa çalışırlar. Ermənilərə indi də Hindistan, Fransa və başqa ölkələr arxa çıxıblar.  İran da bu kompaniyada iştirak edir. Hətta qorxusundan qırmızı xətlər çəkir ki, birdən Zəngəzur alınarsa, İran bir sıra tədbirlərə qoşulsun, mane olsun və s".

T.Abbasovun fikrincə, Azərbaycan öz siyasətini aparır və zaman-zaman biz ermənilərin fitvalarının şahidi oluruq: "Ermənilərin niyyəti gərginlik yaradıb, bizim işimizi pozmaqdır. Bu işin axırı yoxdur. İran ayılıb bu ermənilərin oyununa son verməlidir. Ermənilər özlərinə millət deyirlər, ancaq necə millətdilər ki, öz daxillərində bir birlərini qırıb, sən birinci dərəcəli ermənisən, sən ikinci dərəcəli ermənisən deyib, bir- birlərini alçaldırlar. Ermənilər öz içlərində bir-birlərini qırır qırsınlar, buna sözümüz yoxdur, lakin digər xalqlara dəyməsinlər". 

Hülya Mirzəyeva,

Sitat.info



Xəbər xətti