Putin devrilə bilərmi? Ümumiyyətlə onu devirmək mümkündürmü? Ən yaxınlarının Putinə xəyanət edəcəyi, Kreml sarayında vəziyyətin gərgin olduğu deyilir. Bunlar nə ilə nəticələnə bilər?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Vladimir Putin güclü dövlət başçısıdır: "O, xüsusi xidmət orqanlarından gəlir. Ətraf qismən də, tamamən də dəyişə bilər. Bunlar tarixdə çox olub. Ona görə onun devrilməsini o qədər real hesab etmirəm".
A.Hüseynov hesab edir ki, Türkiyə də onun qalmasında maraqlıdır: " Elə biz də haradasa onun nə edə biləcəyini təqribən bilirik. Ona görə hər nə qədər fərqli yanaşmalarımız olsa da, bizə də ehtimal edilən adam sərf edir. Çünki onun yerinə gələcək olanın necə olacağını bilmirik. Bizim də yaxın dövr ərzində fəaliyyət konfiqurasiyalarımız Putinin nəzərə alınması üzərində qurulubdur. Ona görə münasibətimizin xarakterindən asılı olmayaraq onun devriləcəyini yaxın dövrdə ehtimal etmirəm".
Ekspert hesab edir ki, heç nə istisna deyil, tarixdə fors majorlar da olub: " Rusların böyük bir qismi Putini dəstəkləyir. Ölkəni tərk edənlər isə çox güman ki, Qərblə kəşfiyyat əlaqəsində olub".
Züleyxa,
Sitat.info