Hamiləlik dövründə qəbul edilən az miqdarda spirt belə körpənin beyin inkişafını gecikdirə bilər — Araşdırma

22:41 23 Noyabr 2022

Alimlər müəyyən ediblər ki, hamiləlik zamanı az miqdarda spirtli içki qəbul etmək körpənin beyin inkişafını ləngidir.

Sitat.info-nun məlumatına görə, bu yaxınlarda aparılan bir araşdırma, hamiləlik zamanı spirtli içki içən və içməyən anaların körpələrinin MRT müayinələrini müqayisə edib. Beyin strukturunda baş verən dəyişikliklər hətta alkoqolun aşağı səviyyədə təsirində belə "əhəmiyyətli" oldu.

Avstriyanın Vyana Tibb Universitetindən Patrik Kienast, "Hamilə qadınlar mütləq spirtli içkilərdən çəkinməlidirlər. Tədqiqatımızda göstərdiyimiz kimi, hətta aşağı səviyyədə spirt istehlakı belə beyin inkişafında struktur dəyişikliklərinə və beyin olgunlaşmasının gecikməsinə səbəb ola bilər" dedi.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, bir çox hamilə qadın hamiləlik zamanı spirtin körpəyə potensial təsirindən xəbərsizdir.

Sağlamlıq mütəxəssisləri adətən hamilə qadınların dölə zərər verə biləcəyi üçün spirtdən uzaq durmağı tövsiyə edirlər.

Hamiləlik dövründə spirt içmək, uşağın öyrənmə çətinliyinə, davranış problemlərinə və ya nitq və dil gecikməsinə səbəb ola biləcək fetal spirt spektri pozğunluqları adlanan vəziyyətlərə səbəb ola bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti