"Sanki ruslar Qarabağda yeni bir müharibə ocağı yaratmaq istəyirlər" - Vahid Əhmədov

16:51 24 Noyabr 2022

"DTX-dan məlumat verilib ki. Rusiya sülhməramlıları Qarabağa texnika daşıyırlar. O texnika nə üçün danışır? Əgər sən sülhməramlısansa o texnikanı neynirsən? Onların dedikləri ilə əməlləri uyğun gəlmir. Sanki Azərbaycana qarşı təxribata hazırlaşırlar. Elə bil ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra, Qarabağ bölgəsində yeni bir müharibə ocağı yaratmaq istəyirlər. Əgər istəmirlərsə, bu hazırlıq nəyə lazımdır? Niyə hər gün faktiki olaraq atəşkəs pozulur?".

Sitat.info xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Müsavat TV-nin efirində səsləndirib.

O vurğulayıb ki,  atəşkəs təkcə  Ermənistan ərazisindən deyil, rus sülhməramlılarının yerləşdiyi ərazidən də pozulur: "Hətta bizim ən çox narahat olduğumuz halı Şuşa ətrafından atəş açılmasıdır. Bu o deməkdir ki, sülhməramlıların dedikləri ilə əməlləri üst-üstə düşmür".  

KTMT sammitində yaşananlara gəlincə, V.Əhmədov qeyd edib ki, burada Paşinyan heç bir nəticə əldə edə bilmədi: "Putin ötən günki çıxışında 3 məsələni dedi- delimitasiya və demarkasiya məsələsinin həlli, humanitar yardımın təşkili və dəhlizlərin açılması. Buna əməl olunmur. Yolun açılmasında ən çox maraqlı olan Azərbaycan dövlətidir, İlham Əliyev də çalışır ki, bu yol tezliklə açılsın və Naxçıvanla əlaqələrimiz qurulsun. Buna görə də, mən o sammitdən heç nə gözləmirdim. Mən arxayın idim ki, orada digər dövlət başçıları Azərbaycanı müdafiə edəcəklər, heç vaxt razı olmazlar ki, KTMT  bu məsələyə qoşulsun. Amma Paşinyan yenə də çalışır".

Millət vəkili hesab edir ki, Paşinyan ikili oynayır: "İrəvanda 3 yerdə mitinq gedir, iki yerdə Puitini qarşılayıb tərifləyirdilər, müxalifətin izdihamlı mitinqində isə Putin və Rusiya əleyhinə şüarlar səsləndirilirdi, elə bizim də əleyhimizə şüarlar var idi. Bu o deməkdir ki, Paşinyan ikili oynayır, Putinin özünü də yekun qərar vermək fikri yoxdur".  

Məğrur, 

Sitat.info



Xəbər xətti