İran hakimiyyətinin "Biz azərbaycanlıyıq, İranı biz idarə edirik" deməsi... - Siyasi ekspertin ŞƏRHİ

08:14 25 Noyabr 2022

"Vilayəti Azərbaycan guya mülayim ittiham edir. Deyir ki, İsrail və Türkiyənin təzyiqi ilə İrana qarşı addımlar atıb. Halbuki, biz adətən, həmişə birinci neqativ addımları İran tərəfindən görmüşük. İkinci məsələ isə Vilayətinin mesajı bir-başa Azərbaycan Respublikasına yox, Cənubi Azərbaycana aid olunur. Guya tarix boyu İranı farslar idarə edib, indi isə azərbaycanlılar idarə edir. (halbuki İranın son 1000 illik tarixi türklərin idarəçiliyində keçib, indi isə əksinə) Vilayəti özünü azərbaycanlı sayır, rəhbərin azərbaycanlı olduğunu deyir.  Demək istəyir ki,  İranı biz idarə edirik, niyə buranı dağıdaq və s.  Kürdlər, bəluclar, ərəblər İranı dağıtmaq istəyir, lakin o bizim ölkəmizdir. Biz azərbaycanlılar buranl idarə edirik, niyə öz ölkəmizi dağıdaq?"

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi ekspert Turab Rzayev Vilayətinin mesajını təhlil edərkən deyib.

T.Rzayevin sözlərinə görə, bir qədər dərinə getdikdə görürük ki, İranda bir çox etnik azlıqların —  ermənilərin və ya kürdlərin hüquqları bir çox yerlərdə azərbaycanlılardan daha çox qorunur: "Azərbaycanlıların çoxluq təşkil etdiyi yerlərə dağlardan gətirib kürdləri məskunlaşdırırlar. Hazırda da bunun cəzasını çəkirlər. Digər Kürdlər gəlib burada silah satır, həm də döyüşçülər gətirirlər. Hətta İran bir sıra şəhərlərin nəzarətini əldən vermişdi. İran məcbur qalaraq kürdlərin yaşadığı İraqın şimalını başdan-başa bombardman etdi. Eyni zamanda daxildə də qızğın döyüşlər getdi. İran hakimiyyətinin "Biz azərbaycanlıyıq, İranı biz idarə edirik" deməsi nə qədər gözəl səslənsə də, bu sözlər bizim üçün qəbuledilməzdir".

Seymur,

Sitat.info



Xəbər xətti