"Hadisələr davamlı və uzun müddət baş versə, İranda sistem dəyişikliyini görə bilərik"- Natiq Cəfərli

15:55 28 Noyabr 2022

"İranda baş verən hadisələr əslində sistem böhranıdır. Uzun illərdir İranın sanksiyalar altında qalması, iqtisadi çətinliklər, valyutasının son illər ərzindən dünyada ən çox dəyər itirən valyuta olması, insanların həyat tərzi - bütün bunlar hamısı sistem böhranına gətirib çıxarır".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə förə, bu ölkədə hadisələrin ən vacib elementi İranın kifayət qədər gənc nüfusunun olmasıdır: "İranın demoqrafik quruluşuna baxanda dünyada nadir görünən mənzərə ilə qarşılaşırıq.  Məsələn 0-15 yaşlı uşaqlar ümumi əhalinin 25%-ni təşkil edir. Bu çox böyük bir rəqəmdir və bu gənclər dinamik bir toplumdur. Bu dinamik toplum başqa sistemdə yaşamağa üstünlük verir". 

Ekspertin sözlərinə görə, ola bilər ki, hazırda ciddi bir nəticə olmasın,  amma hadisələr davamlı şəkildə və uzun müddət baş verirsə, bu gerçəkləşə bilər: " İranın nüfusu, əsasən də gəncləri başqa sistemdə yaşamağı arzulayırlar. Köhnə sistemi davam etmək istəyənlər olsa da, yeni sistemə keçmək istəyənlərində sayı az deyil". 

N.Cəfərli hesab edir ki, gənc nüfusun olduğunu, insanların daha çox dünyaya açıldığını nəzərə alsaq, bu gələcəkdə İranda sistem dəyişikliyinə səbəb olan əsas amilə çevrilə bilər: "Çox güman bu  yaxın dövrdə ərzində sistem dəyişikliyinin şahidi ola bilərik.

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti