Naxçıvanda dövlət qurumlarının ləğv edilib yerində baş idarələr yaradılaraq Bakıya tabe edilməsi iqtisadi baxımdan da faydalı qiymətləndirilir.
Mövzunu Sitat.info üçün şərh edən deputat, iqtisadi alim Vüqar Bayramov vurğuyıb ki, Naxçıvanda həyata keçirilən islahatlar həm də struktur islahatlarıdır və bu dəyişikliklər strukturun mobilləşdirilməsinə, eyni zamanda dövlət vəsaitlərinin daha qənaətli istifadə olunmasına imkan yaradacaq: "Qurumların çevikliyini artırılması, eləcə də bir-birini təkrarlayan idarələrin ləğvi həm də dövlət büdcəsinin bu istiqamətdə xərclərinə qənaət edəcək. Artıq dövlət büdcəsinin 2-ci oxunuşundan sonra Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin həcmində azalmalar nəzərdə tutulub".
Deputat qeyd edib ki, məhz orada bir sıra qurumların ləğv edilməsi, idarə kimi fəaliyyət göstərməsi vəsaitə qənaət edilməsinə imkan verəcək: "O, baxımdan təbii ki, Naxçıvanda aparılan struktur islahatları dövlət büdcəsi vəsaitlərinin səmərəliyinin artmasına imkan verəcək, digər tərəfdən büdcə vəsaitlərini daha qənaətlə xərcləmək mümkün olacaq. Bu islahatlar bütövlükdə hazırki müasir fizkal siyasətin məqsədlərinə uyğun islahatlar hesab olunur".
Səid İsaoğlu,
Sitat.info