İsveçrənin sığorta nəhəngi Swiss Re, təbii və texnogen fəlakətlərin 2022-ci ilin əvvəlindən bu günə qədər təxminən 268 milyard dollar iqtisadi itkiyə səbəb olduğunu açıqladı.
Sitat.info xəbər verir ki, bu itkilərin əhəmiyyətli hissəsi sentyabr və oktyabr aylarında ABŞ-ın şərqini vuran İan qasırğası və digər ekstremal hava hadisələri nəticəsində yaranıb.
Swiss Re-nin verdiyi açıqlamada sığortalanmış zərərlərin təqribən 122 milyard dollar təşkil etdiyi və ümumi iqtisadi itkilərin yarısından az olduğu bildirilib.
“Avropada İan qasırğası və tufanlar, Avstraliya və Cənubi Afrikada daşqınlar, Fransa və ABŞ-da dolu kimi ekstremal hava hadisələri təbii fəlakətlərə qarşı bu günə qədər sığortalanmış itkilərin 115 milyard dollar təşkil etdiyi təxmin edilir”, - deyə məlumatda bildirilir.
Bu il ikinci dəfə təbii fəlakətlər nəticəsində sığorta itkiləri 100 milyard dolları ötüb. Ötən il bu rəqəm 121 milyard dollara çatıb.
Bildirilib ki, bu il indiyədək maddi ziyana görə dəymiş 268 milyard dollarlıq ümumi iqtisadi zərərin 260 milyardı təbii fəlakətlər, 8 milyardı isə istehsalat qəzaları kimi texnogen fəlakətlərdən qaynaqlanır.
Ötən il ümumi iqtisadi itki 303 milyard dolları ötüb. Halbuki 268 milyard dollarlıq rəqəm son 10 ilin orta göstəricisini, 219 milyard dolları xeyli üstələyir.
Seymur Bənnayev