ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsini sona çatdırmağın yeganə məntiqli yolunun açıqlayıb.
Onun fikrincə, bu Rusiya prezidenti Vladimir Putinin Ukraynadan çəkilməsi olar.
“Əgər Putin həqiqətən bu müharibəni bitirmək istəsə, bir yol tapmaq qərarına gəlsə, mən onunla danışmağa hazıram.
Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronu ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evdə keçirilən rəsmi mərasimlə qarşılayıb və bu sözləri həmin mərasimdə bildirib.
Bayden dövründə ABŞ-a “ilk rəsmi səfərini” edən lider olan Makronun gəlişi yaylım atəşi və dövlət himnlərinin səsləndirilməsi ilə müşayiət edilib.
Mərasimdəki çıxışında Bayden Makron və xanımı Bricit Makronu qonaq etməkdən şərəf duyduğunu ifadə edib: "Fransa bizim ən qədim müttəfiqimiz, azadlıq yolunda sarsılmaz ortağımızdır”.
Nərgiz,
Sitat.info