BMT TŞ dekabrda Ukrayna ilə bağlı iclas keçirəcək

09:56 2 Dekabr 2022

BMT Təhlükəsizlik Şurası dekabrda Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Təhlükəsizlik Şurasına sədrliyinin daimi nümayəndəsi Ruçira Kamboca bildirib.

"Ukrayna BMT Təhlükəsizlik Şurasının ciddi diqqət mərkəzindədir. Biz bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdirəcəyik", - diplomat qeyd edib.



Xəbər xətti