"Terror dəhlizi yaradılmasına əsla icazə vermərik" - Hülusi Akar

15:27 2 Dekabr 2022

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Çanaqqalada açıqlama verib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Akar terrora qarşı sərhədyanı əməliyyatla bağlı danışıb. “Biz terror dəhlizinin yaranmasına əsla icazə verməyəcəyik”.

Akar “Claw-Lock” əməliyyatı çərçivəsində 491 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Xalqımızı, sərhədlərimizi qorumaq üçün əlimizdən gələni edəcəyik. Bizim yeganə hədəfimiz terrorçulardır. Biz orada heç bir terrorçunun hərəkətinə icazə verməmişik, verməyəcəyik. Biz bütün qonşularımızın sərhədlərinə və suverenlik hüquqlarına hörmət edirik. Buna heç kimin şübhəsi olmasın".

Akar vurğulayıv ki, Rusiya, ABŞ və digər dövlətlərin verdiyi vədlər var, onlara riayət etməyi xatırladırıq: "Nə vaxt, harada, nə etmək lazımdırsa, Türkiyə Silahlı Qüvvələri  indiyə qədər lazım olanı edib. Biz deyirik dəstəyinizi kəsin, onlarla heç yerə çata bilməyəcəksiniz. Sizinlə əməkdaşlıq edə biləcək Türkiyədir".

Məğrur, 

Sitat.info



Xəbər xətti