Türkiyənin Milli Müdafiə Naziri Hüsuli Akar Yunanıstanla münasibətlərə toxunub.
Sitat.info xəbər verir ki, qonşusunu gərginliyi artırmamağa çağırıb.
"Biz deyirik ki, bu problemləri dialoq yolu ilə həll edək, başqaları ilə paylaşmayaq, problemlərimizi özümüz həll edə bilərik. Onlara deyirik ki, gərginliyi artıran hərəkətlərini dayandırsınlar. Bu barədə nə qədər səbirli olduğumuzu açıqladıq. Məni səhv başa düşməyin. Bu, bizim Yunanıstana çağırışımızdır, bu pislik deyil. Qərarınızı verin, ayağınız yerdən üzülməsin, üçüncü şəxslərin sözləri ilə özünüzü havada görməyin. Müəyyən siyasətçilər daxili siyasi hesablamalarla hər şeyi qarışdırır, gərgindirlər".
Akar Yunanıstanı Ankara ilə hesablaşmağa çağırıb: "Biz deyirik ki, Türkiyə təhdid deyil. Türkiyə həqiqətən də güclü və fəal ölkədir. Buna uyğun olaraq “davranışlarınızı və hərəkətlərinizi nizamlayın” deyirik. Hər kəs bilməlidir ki, Türkiyə tarixi, coğrafiyası və gənc əhalisi ilə güclü və əhəmiyyətli bir ölkədir".
Nərgiz,
Sitat.info