Çin Britaniyanı “daxili işlərinə qarışmaqda” ittiham edir

16:26 2 Dekabr 2022

Çinin Londondakı səfirliyi Britaniya qanunvericilərinin Tayvana səfəri ilə bağlı Böyük Britaniyanı “Çinin daxili işlərinə qarışmaqda” ittiham edib.
Sitat.info xəbər verir ki, Çinin Londondakı səfirliyindən verilən açıqlamada, Böyük Britaniyanın Xarici Əlaqələr Komitəsinin Tayvana səfəri səbəbiylə "Çinin daxili işlərinə qarışdığını" iddia edərək, ölkəsinin xələl gətirən hər şeyə Böyük Britaniyaya sərt cavab verəcəyini bildirilib.  

“Çin tərəfi Britaniya tərəfini öz öhdəliyinə əməl etməyə, bu hərəkəti dayandırmağa və Çinin daxili işlərinə qarışmamağa çağırır”, - bəyanatda deyilir.

Çinin bəyanatına cavab verən komitə sədri Alicia Kearns, "Demokratik ölkələrin bir-biri ilə dialoqa girməsi tamamilə doğrudur. Çin Kommunist Partiyası Britaniya millət vəkillərinə qarşı sanksiyalar tətbiq edərək dialoqu bağlamaq yolunu seçsə də, mən bunun vacib olduğuna inanıram"

Qeyd edək ki, Britaniya deputatlarından ibarət komitə bu gün Tayvanın baş naziri Su Tseng-chang ilə, sabah isə Tayvanın lideri Tsai Inq-Ven ilə görüşəcək.

Məğrur,

Sitat.info



Xəbər xətti