Kremlin sözçüsü Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə danışıqlara açıq olduğunu, lakin Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirib.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Baydenin Rusiyanın Putinlə görüşmək üçün Ukraynanı tərk etməli olduğu sözlərini xatırladıb.
Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirən Peskov, “Xüsusi hərbi əməliyyat davam edir. Bununla belə, Putin təmaslara və danışıqlara açıqdır və belə də davam edir. Maraqlarımıza nail olmaq üçün ən çox üstünlük verilən vasitə dinc diplomatik yollardır”. Deyə bildirib.
ABŞ-ın Rusiyanın “yeni torpaqlarını” hələ də tanımadığını və bunun qarşılıqlı müzakirə meydançalarının tapılmasını çətinləşdirdiyini qeyd edən Peskov Putinin ölkəsinin maraqları üçün hər zaman danışıqlara açıq olduğunu vurğulayıb.
Peskov xatırladıb ki, Putin hələ Ukraynada “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl ABŞ, NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə hazırlanmış layihə mətnləri əsasında danışıqlara başlamağa çalışıb və bu təşəbbüs hələ də cavabsız qalmaqdadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya rejimi lideri Bəşər Əsədin görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, hələlik dəqiq bir şey yoxdur, lakin belə bir ehtimal var.
Peskov əlavə edib ki, Putin belə bir əlaqəni alqışlayacaq və Rusiya tərəfi buna töhfə verməyə hazırdır.
Seymur Bənnayev
Sitat.info