Ukrayna səfirliklərinə heyvan gözləri olan "qanlı paketlər" göndərilib

17:49 2 Dekabr 2022

Ukraynanın verdiyi açıqlamaya görə, ölkənin xaricdəki bir neçə səfirliyinə heyvan gözləri olan “qanlı paketlər” göndərilib.

Sitat.info xəbər verir ki, Ukraynanın Madriddəki səfirliyi də daxil olmaqla, İspaniyadakı yerlərə bir sıra məktub bombaları göndərildikdən sonra, Ukrayna Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, Ukraynanın xaricdəki bir sıra səfirliklərinə heyvan gözləri olan “qanlı paketlər” göndərilib.

Mətbuat katibi Oleq Nikolenko yazıb ki, bağlamalar Kiyevin Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və İtaliyadakı səfirliklərinə, Neapol və Krakovdakı konsulluqlara, Brnodakı konsulluqlara göndərilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti