Zelenski Ukraynada bu qurumlara sanksiya tətbiq etmək qərarını təsdiqləyib

22:36 2 Dekabr 2022

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada Rusiyanın təsirində olan dini təşkilatlara qarşı sanksiya qərarını təsdiqlədiyi bildirilir.

Sitat.info xəbər verir ki, Ukrayna Rəyasət Heyətinin rəsmi saytında yer alan açıqlamada, Zelenskinin Ukraynada Rusiyanın təsirində olan dini qurumlara qarşı şəxsi və iqtisadi sanksiyaları nəzərdə tutan Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqlədiyi bildirilib.

Bəyanatda yer alan qərara əsasən, hökumətə Rusiya Federasiyasında dini qurumların təsiri altında olan dini qurumların Ukraynada fəaliyyətini qadağan edən qanun layihəsi hazırlamaq tapşırılıb.

Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidməti Ukrayna Pravoslav Kilsəsinin nizamnaməsinin Moskva Patriarxlığı ilə bağlı olub-olmamasını da araşdıracaq.

Ukrayna Təhlükəsizlik Xidmətinin və Milli Polisin təhlükəsizlik bölmələri Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın dini mühitində aşkarlanması işini sürətləndirəcək, lazım gəldikdə şəxsi və digər məhdudlaşdırıcı sanksiyalar tətbiq edə biləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti