Zaporojye Atom Elektrik Stansiyasında son vəziyyət: Dünya TƏHLÜKƏDƏ!

16:56 2 Dekabr 2022

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsiz zonanın yaradılması üzrə MAQATE-nin vasitəçiliyi ilə Kiyev və Moskva arasında danışıqlar davam edir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, MAQATE-nin prezidenti Rafael Qrossi Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı yeni açıqlamalar verib.

Rusiya ilə Ukrayna arasında danışıqların davam etdiyini bildirən Qrossi ilin sonuna qədər razılıq əldə etməyə çalışdıqlarını açıqlayıb:  "Mənim vəzifəm ən qısa zamanda həll yolu tapmaqdır. Bu ilin sonuna qədər razılaşmalarını ümid edirəm". 

"Qrossi Zaporojye AES-in ətrafında təhlükəsiz zonanın yaradılması və bunun dərhal həyata keçirilməsinə dair razılığın əldə edilməsi üçün həm Ukrayna, həm də Rusiya arasında yüksək səviyyəli danışıqları davam etdirir", - MAQATE-nin rəsmi saytında deyilir.

Hülya,

Sitat.info



Xəbər xətti