Almaniyada 8000 xəstəyə koronavirus peyvəndi əvəzinə duzlu su vuran saxta tibb bacısı ilə bağlı məhkəmə qərarı verilib.
“Sitat.info” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı tibb bacısının Almaniyada etdiyi hərəkətlər ölkə gündəmini zəbt edib.
2021-ci il mart və aprel aylarında tibb bacısı təhsil işçiləri və yaşı 70-dən yuxarı olan həkimlər də daxil olmaqla təxminən 8000 xəstəyə BioNTech Pfizer peyvəndi əvəzinə duzlu su yeridib.
Hadisənin üstü açıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan tibb işçisi həbs edilib.
/Qafqazinfo