Türkiyə dövlətinin Başikadakı hərbi bazasına raket hücumu həyata keçirilib.
Sitat.info xəbər verir ki, bazaya 4 qrad mərmisi atılıb, dördü də boş əraziyə düşüb.
Qeyd olunur ki, hücuma görə məsuliyyəti İranın dəstəklədiyi “Əhrar əl-İraq” briqadası öz üzərinə götürüb. Əhər Əl-İraq Briqadası bazanı 122 millimetrlik 4 raket ilə hədəf aldıqlarını və raketlərin bazanın mərkəzinə düşdüyünü açıqlayıb.
/Musavat