Dağıstanda Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb.
Bu barədə bazar günü Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib.
Mərkəzinin rəhbəri vurğulayıb ki, tapılan ölü suitilərin sayı daha çox ola bilər. Onun sözlərinə görə, heyvanlar fırtına nəticəsində həlak olublar.
“Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, - deyə Qapizov bildirib.
O, xatırladıb ki, bütün lazımi nümunələr götürülüb.//oxu.az