Ərdoğanla Əsəd arasında görüş olacaq? - Ankaradan cavab gəldi

21:22 4 Dekabr 2022

Türkiyə tərəfi Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında təcili görüşün keçirilməsini planlaşdırmır.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Al Jazeera“ kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, belə bir görüşün baş tutması üçün Suriya tərəfi təhlükəsizlik məsələlərinə dair konkret addımlar atmalıdır.//APA



Xəbər xətti