İranda etirazçıların qələbəsi: Əxlaq polisi ləğv edilir

13:10 5 Dekabr 2022

Hicab qaydalarına əməl etməməsi səbəbindən əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar nəticəsində İranda əxlaq polisinin ləğv edildiyi iddia edilib. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cafer Müntəzerinin tənqid hədəfinə çevrilən “əxlaq polisi” ilə bağlı açıqlamaları müzakirə mövzusuna çevrilib. 

 Müntəzeri Əxlaq Polisi bölməsinin bağlanması ilə bağlı suala belə cavab verib: "Əxlaq polisinin Ədliyyə ilə heç bir əlaqəsi yoxdur. Əxlaq polisi keçmişdə harada qurulmuşdusa, orada da bağlanıb."

Yerli İran mətbuatı Müntəzerinin bu açıqlamalarına əsaslanaraq “əxlaq polisinin ləğv edildiyi” xəbərini yayıb.

Polisdən hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İran Polis İdarəsinin nəzdində yaradılan əxlaq polisi ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. İlkin olaraq geyim qaydalarına "uyğun olmayan" tərzdə geyinən qadınlara xəbərdarlıq edən bölmə daha sonra bu qadınları saxlamağa başlayıb.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra vəziyyəti pisləşərəkl xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub.

Züleyxa,

Sitat.info



Xəbər xətti