Fələstin prezidenti Abbas: Biz hamımız yeni İsrail hökumətini məğlub etməliyik

14:10 5 Dekabr 2022

Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, ölkədə “sərt ekstremistlərin” qoşulacağı yeni İsrail hökumətinin uğursuzluğa düçar olması üçün çalışmalıdırlar.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas Ramallah şəhərindəki Prezident Mərkəzində Fəth Hərəkatının İnqilab Şurasının 10-cu Dövr Yığıncağının açılışında çıxış edib.

Abbas İsrailin yeni hökumətinə qarşı çıxmağın zəruriliyinə toxunaraq, fələstinlilərdən öz haqlarına və birliklərinə sadiq qalmalarını və müqaviməti dəstəkləmələrini tələb edib.

Dəyişiklik prosesinə diqqət çəkən Abbas, "Dünyada və bölgədə baş verən dəyişikliklər nəticəsində çox çətin və həssas bir prosesdən keçirik. Bu proses xalqımızın bütün oğulları və idarəçilərini dəstəkləyən hər kəsin çiyin-çiyinə birlikdə olmasını tələb edir." dedi.

İsraildə qurulacaq yeni hökumətlə bağlı fikirlərini bölüşən Abbas, "ölkənin ən sərt ekstremistlərinin yeni kabinetə daxil olacağına" diqqət çəkib. "Biz bu hökumətdən daha çox pozuntular, hücumlar və cinayətlər gözləyirik. Ona görə də hamımız kollektiv şəkildə bu hökumətə qarşı durmalı, onu ifşa etməli və onun uğursuzluğu üçün çalışmalıyıq", - Abbas bildirib.

Abbas media, siyasət və diplomatiya sahələrində işləməyin vacibliyinə diqqət çəkib. Fələstin ifadəsinə zidd olan İsrail ritorikasına qarşı çıxmaq lazım olduğunu bildirən Abbas, beynəlxalq təşkilatlara üzv olmaq üçün səylərini davam etdirəcəklərini və tam üzvlük üçün yenidən BMT-yə gedəcəklərini vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti