Böyük Britaniyanın “Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini “İlin adamı” elan edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, nəşr Zelenskini “Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü” adlandırıb.
Qəzet yazır ki, Ukrayna prezidenti bu əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmlə qlobal mübarizədə demokratik dünyanın flaqmanı oldu.
Məhz bu səbəblərə görə Financial Times Zelenskini İlin Adamı seçdi.
Nəşr onu da qeyd edir ki, prezident olduğu dinc dövrdə Zelenskiyə qarşı çoxsaylı tənqidlərə baxmayaraq, o, müharibə zamanı özünü həm Ukraynanı işğala müqavimət göstərmək, həm də Qərb ölkələrini bu işdə Ukraynaya kömək etmək üçün bir araya gətirə bilən yaxşı lider kimi göstərib.
Seymur,
Sitat.info