Rusiyanın bombardımançı təyyarələri Ukrayna səmasında – 4 raket vuruldu - FOTO

16:55 5 Dekabr 2022

Bu gün günorta saatlarında rus qoşunları Ukraynaya növbəti raket hücumu həyata keçirib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bir saat ərzində Krım istisna olmaqla, bölgələrin hər birində hava hücumu həyəcanı verilib.

Çerkassı vilayətinin meri İqor Taburets bildirib ki, raket hücumları ilə əlaqədar ölkənin enerji obyektlərinə xüsusi fövqəladə dayandırma qrafikləri tətbiq edilib.

Saat 13:24-də Odessa vilayətinin rəhbəri Maksim Marçenko düşmənin raketləri işə saldığını bildirib. Vinnitsa rəhbəri Sergey Borzov da xəbərdarlıq edib ki, Ukrayna üzərində səmada çoxlu raketlər var.

Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində Rusiyanın strateji bombardmançı təyyarələrinin artıq havaya qalxdığını, raketlərin buraxıldığını bildirib.

O, həmçinin xəbərdarlıq edib ki, işğalçılar onları dağıtmaq və Ukraynanın hava hücumundan müdafiəsini çaşdırmaq üçün dalğalar şəklində raketlər buraxa bilərlər. O, həmçinin vurğuladı ki, Rusiya Federasiyası, ilk növbədə, mühüm infrastruktur obyektlərini hədəfə almaqda davam edir.

Təxminən saat 14:00 radələrində hərbi komandir Andriy Tsaplienko bildirib ki, artıq Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketlər var - Xarkov vilayətində 4, Poltava vilayətində 1və Dnepropetrovsk vilayətində isə 1 raket vurulub.

Seymur,

Sitat.info



Xəbər xətti