Yubileyi münasibəti ilə keçirdiyi konsertdə mikrofonu yerə çırparaq səhnəni tərk edən məşhur rusiyalı müğənni Qriqori Lepsin “uğurlu günü” bununla bitməyib. Belə ki, həmin axşam barda komanda yoldaşları ilə istirahət edən Leps inadkar pərəstişkarı ilə dava edib.
Bununula bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, barda müştərilərdən biri ona yaxınlaşaraq şəkil çəkdirmək istədiyini deyib. İfaçı ona kobud şəkildə cavab verib, mühafizəçilər isə həmin şəxsi bardan çıxarıblar. Görünür bu, kişinin xoşuna gəlməyib və ifaçını, həmçinin yoldaşlarını söyüb. Bundan sonra dava başlayıb.
Dava zamanı peterburqlu kişinin burnu qırılıb və müxtəlif travmalar alıb. Müğənninin və yoldaşlarının xəsarətləri barədə məlumat verilmir.
Hadisə nəticəsində heç kim saxlanılmasa da, polis araşdırmalara başlayıb.
Xatırladaq ki, dekabrın 2-də “Ryumki vodka na stole” hitinin ifaçısının 60 illiyi münasibətlə təşkil etdiyi konsertin ortasında səsi batıb. Bundan sonra o, mikrofonu yerə çırpıb, səhnədən çıxıb və bir daha geri qayıtmayıb. Bəzi məlumatlarda onun bu addımına səbəb kimi pərəstişkarı ilə mübahisəsi göstərilib. Bir müddət sonra tamaşaçılar narazı şəkildə zalı tərk ediblər.//oxu.az