Rusiya və Ukrayna sərhədindən 80 kilometr aralıda yerləşən “Slava” zavoduna hücum ötən gecə baş verib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federasiyasının Bryansk vilayətində pilotsuz təyyarələr “Slava” zavoduna hücum edib. Onlar yanacaq çənlərindən bir neçə metr aralıda düşüblər.
“Baza” teleqram kanalı məlumat verir ki, Rusiya və Ukrayna sərhədindən 80 kilometr aralıda yerləşən zavoda reyd keçirilib. Ehtimallara görə, zavodun ərazisinə iki pilotsuz təyyarə uçub - onlar dizel yanacağı olan çənlərdən üç metr aralıda düşüb partlayıblar. Bu zaman beş tonluq çənlər boş olub və ciddi yanğının qarşısı alınıb.
Seymur,
Sitat.info