Ukraynada müharibə davam edir.
Sitat.info xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukraynanın demək olar ki, bütün şəhərləri kütləvi raket hücumuna məruz qalıb.
“Ukrayna ərazisinə təxminən 70-dən çox raket atılıb. Onların 60-dan çoxu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Bunun ardınca demək olar ki, bütün əyalətlərdə işıqlar söndü”, - deyə jurnalist qeyd edib.
O da bildirilib ki, Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya ordusu separatçı qüvvələrlə birlikdə şəhəri ələ keçirməyə çalışır.