Ukrayna Silahlı Qüvvələri noyabr ayı ərzində 8,3 mindən çox hərbi qulluqçu, o cümlədən beş təyyarə və on helikopter itirib.
Sitat.info xəbər verir ki, bunu çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarədə keçirilən konfransda deyib.
"Noyabrda Ukraynanın itkiləri 8300-dən çox hərbi qulluqçu, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını təşkil edib", - Şoyqu bildirib.
Müdafiə nazirinin sözlərinə görə, RF Silahlı Qüvvələri Luqansk-Donetsk və Yujno-Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinə və texnikasına xeyli ziyan vurub.
Nərgiz,
Sitat.info