İranda Məhsa Əmini etirazları yenidən alovlanıb

15:06 6 Dekabr 2022

İranda Məhsa Əmini polis nəzarətində olarkən vəfat etdikdən sonra başlayan və nisbətən aşağı sürətlə davam edən nümayişlər sosial mediada boykot və tətil çağırışlarından sonra bir çox şəhər və universitetlərdə yenidən alovlanıb.

Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Tehranın Ekbatan və Səadabad rayonlarında toplaşan izdiham hökumət əleyhinə şüarlar səsləndirərək küçəni nəqliyyatın hərəkətinə bağlayıb. Tehran metrosunun sərnişin platformalarında gözləyənlər də şüarlar səsləndirərək nümayişlərə dəstək veriblər.

Məşhəd şəhərində toplaşan izdiham küçədə alovlanarkən, Elborz vilayətinin Kərəc şəhərində küçələrə çıxan nümayişçilər şüarlar səsləndirərək uzun müddət yürüş ediblər. Etiraz aksiyaları Arak və Zəncan kimi şəhərlərdə də müşahidə olunub.

Şiraz Tibb Elmləri Universitetinin 209 müəllimi etiraz edən tələbələri dəstəklədiklərini bəyan edərək, “tutulan tələbələrin qeyd-şərtsiz azadlığa buraxılması, nizam-intizam komitəsinin qərarlarının ləğvi, uniformalı təhlükəsizlik qüvvələri və polislərin kampusa daxil olmasının qarşısının alınması” kimi tələblər irəli sürüblər.

Tehranın Şəhid Beheşti Universitetinin tələbələri əllərində dostlarının adları yazılmış pankartlar və şüarlar səsləndirərkən, Zəhra Universitetinin Ədəbiyyat və İncəsənət fakültəsinin tələbələri kampusun müxtəlif yerlərində posterlər yazıb asıblar.

Əllamə Təbatəbayi Universiteti Sosial Elmlər Fakültəsi tələbələri də dərc etdikləri bəyanatda boykot və tətilləri dəstəklədiklərini açıqladılar.

Müxaliflərin sosial media paylaşımlarında ölkədə 3 günlük boykot və tətil çağırışları edilib, bəzi universitet tələbələri boykotu dəstəklədiklərini və bazar ertəsi səhər saatlarından etibarən dərslərə getməmək qərarına gəldiklərini açıqlayıblar.

Məşhur iranlı futbolçu Əli Dayini vəziyyəti dəstəkləmək səbəbiylə restoran və zərgərlik mağazasının möhürləndiyi açıqlayıb.

Sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən "hicab qaydalarına tabe olmadığı" üçün saxlanıldıqdan sonra sentyabrın 16-da vəziyyəi pisləşərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa əmini dünyasını dəyişib. , ölkə hökumətinə qarşı etirazlara səbəb olub.

Ölkəyə yayılan nümayişlərdə yüzlərlə insan həyatını itirib, 10 mindən çox adam nəzarətə alınıb.

Seymur Bənnayev

Sitat.info




Xəbər xətti