İranda 5 nəfər edama məhkum edilib

15:34 6 Dekabr 2022

İranda 1 nəfəri öldürməkdə günahlandırılan 5 nəfər edam cəzasına məhkum edilib.

Sitat.info xəbər verir ki, İran Ədliyyəsinin sözçüsü Mesut Setayeşi, Elburz əyalətinin Kərəc şəhərində nümayişçilər tərəfindən öldürüldüyü bildirilən İran İnqilabı Keşikçiləri Korpusunun Beşik milislərindən Ruhullah Acemyanın iş materiallarında olan 16 nəfərə hökm verildiyini açıqlayıb.

Noyabrın 3-də    İran Ədliyyəsinin sözçüsü Mesut Setayeşi  qətlə görə mühakimə olunan 5 adamın edam cəzasına məhkum edildiyini açıqladı. Qərardan apellyasiya yolunun açıq olduğunu bildirən Setayeşi, "İddia materiallarında olan 16 nəfərdən 5-i "dünyada fitnə-fəsad törətmək" ittihamı ilə edam cəzasına məhkum edilərkən, 11 müttəhim uzunmüddətli həbs cəzasına məhkum edildi. Digər tərəfdən, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan və təxminən 3 aydır davam edən etirazlarda həbs olunan 6 nəfərə edam cəzası verilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti