Yunanıstanda “saxla” xəbərdarlığına əməl etməyən və maşını ilə qaçan 16 yaşlı sürücü polisin açdığı atəş nəticəsində ağır yaralanıb.
Sitat.info xəbər verir ki, fəallar paytaxt Afinada Vətəndaş Müdafiə Nazirliyinin binası, Sintaqma Meydanı və Eksarhia səmtinin qarşısında bir araya gələrkən, Selanikdə şəhər mərkəzində və ağır yaralı gəncin yatdığı xəstəxananın qarşısında etiraz aksiyaları keçirilib.
Exarhia şəhərində etirazçılar polisə molotov kokteyli və daş atıblar, polis isə gözyaşardıcı qazla cavab verib.
Yunan yerli mətbuatının məlumatına görə, Salonikinin mərkəzində keçirilən etirazlarda 6 nəfər saxlanılıb.
Yunanıstanın Saloniki şəhərində bu gün səhər tezdən “saxla” xəbərdarlığına əməl etməyərək qaçan sürücü polisin açdığı atəş nəticəsində ağır yaralanıb.
Başından xəsarət alan 16 yaşlı qaraçı yeniyetmə reanimasiya şöbəsində müalicə olunurdu.
Yunanıstan Polis Xidmətindən verilən açıqlamada, polisin aldığı benzinin pulunu vermədən gedən yanacaqdoldurma məntəqəsi işçisinin şikayətindən sonra gənci izlədiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info