ABŞ Senatı 2023-cü il üçün müdafiə büdcəsini təsdiqləyib. Ümumi məbləğ 847,3 milyard dollar təşkil edib ki, bunun da 800 milyonu Ukraynanın payına düşüb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ukraynaya ayırdığı birbaşa hərbi yardımın ümumi məbləği 19,3 milyard dollar təşkil edib.
Bundan əlavə, büdcədə Avropanın Rusiyadan müdafiəsi üçün 6 milyard dollar və Asiya-Sakit Okeanun Rusiyadan müdafiəsi üçün 11,5 milyard dollar nəzərdə tutulub. Vaşinqton həmçinin Rusiyanı beynəlxalq təşkilatlardan, o cümlədən “G20”-dən çıxarmağa, habelə Rusiya Federasiyası ilə qızıl-valyuta əməliyyatlarında iştiraka görə ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır.
Seymur,
Sitat.info