Almaniyada polis ölkə daxilində eyni vaxtda keçirdiyi reydlərdə hökuməti devirməyi planlaşdırdığı iddia edilən 25 nəfəri saxlayıb.
Sitat.info Almaniya mətbuatına istinadən xəbər verir ki, ifrat sağçılar və istefada olan hərbçilərdən ibarət qrup Bundestaq Reyxstaqına basqın edərək administrasiyanı ələ keçirməyi planlaşdırırmış.
Çevriliş planlarının mərkəzində “13-cü Şahzadə Henrix” kimi tanınan 71 yaşlı şəxsin olduğu bildirilir.
Almaniya prokurorları onun 11 ştatda keçirilən reydlər zamanı saxlanılan iki qrup liderindən biri olduğunu deyirlər.
Çevrilişi planlaşdıranlar arasında ifrat sağçı “Reyxbürger Hərəkatı (Reyx Vətəndaşları)” üzvlərinin də zorakılıq hərəkətləri və irqçi sui-qəsd nəzəriyyələri səbəbiylə Alman polisi tərəfindən izləndiyi bildirilir.
Reydlərin əksəriyyəti ölkə daxilində həyata keçirilsə də, Avstriya və İtaliyada da iki nəfərin saxlanıldığı açıqlanıb.
Ədliyyə naziri Marko Buşman Tvitter hesabında hadisə ilə bağlı yazıb: "Konstitusiya təsisatlarına silahlı hücum şübhəsi var və böyük bir antiterror əməliyyatı aparılır".
Nərgiz,
Sitat.info