SENSASSİYA! Rusiya bu ölkənin ərazisindən vurulub?

20:31 7 Dekabr 2022

Rusiya hərbi aerodromlarına hücum edən “Ukrayna Sovet istehsalı pilotsuz təyyarələr” ya Rusiyada, ya da ona bitişik ərazilərdə, məsələn, Qazaxıstanda fəaliyyət göstərən təxribat və kəşfiyyat qrupları tərəfindən  işə salınıb.

Bu versiyanı Rusiya mətbuatına Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının  zenit-raket qoşunlarının keçmiş rəisi, ehtiyatda olan polkovnik Sergey Xatılev səsləndirib.

“Məndə  hələ təsdiqlənməmiş məlumatlar var ki, bu pilotsuz uçuş aparatları əvvəllər Qazaxıstana gətirilə bilərdi. Daha sonra oradan  hücuma başlayıblar. Hansı ki, reallığa daha çox bənzəyir... Saratov yaxınlığında yerləşən Engels aerodromu Qazaxıstanın ən yaxın nöqtəsindən cəmi 150 kilometr aralıdadır”, - Xatılev deyir.

Keçmiş hərbçi öz versiyasında israrlıdır: “Bir vəziyyəti təsəvvür etmək çətindir ki, pilotsuz təyyarələr Ukrayna ərazisindən buraxıla bilər və uçuş zamanı üç hava hücumundan müdafiə halqasını aşıb.

Yəni Luqansk, Belqorod, Kursk hava hücumundan müdafiə alaylarının məsuliyyət zonasını keçməli idilər. Sonra Moskvanı və Mərkəzi İqtisadi Bölgəni qoruyan 1-ci Hava Hücumundan Müdafiə Ordusunun məsuliyyət zonasına keçməli idi. Yalnız bundan sonra məqsədlərinə çatmalı idilər. Əminəm ki, bu ola bilməz.".

Polkovnik açıqlamasında  hücumların Qazaxıstan ərazisindən ola biləcəyinə eyham vurub.//Oxu24.com



Xəbər xətti