Avropa Parlamentinin ( AP) Belçikadakı ofislərində axtarış aparılır. Belçikada 3 Avropa Parlamenti üzvü və Yunanıstan deputatı, AP vitse-prezidenti Eva Kaili ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində başladılan istintaq davam edir. Belçika polisi bu gün AP-nin Brüsseldəki ofislərində axtarış aparıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, AP işçilərinin iqtisadi və siyasi qərarlara təsir etmək üçün Qətərdən rüşvət aldıqları iddia edilir. İstintaq çərçivəsində indiyədək 1 milyon avroya yaxın pul müsadirə edilib.
Saxlanılan 4 nəfər “cinayətkar təşkilata qoşulma, çirkli pulların yuyulması və korrupsiya” maddələri ilə ittiham olunur.
Qətər hökuməti korrupsiya qalmaqalında əli olması ilə bağlı ittihamları rədd edir.
Xatırladaq ki, Belçikada dekabrın 9-da paytaxt Brüsseldə korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaq zamanı 16 ayrı əməliyyat həyata keçirilib və Qətərin AP-nin qərarlarına təsir etmək üçün strateji mövqelərdə olan insanlara rüşvət verdiyi iddia edilib. AP-nin 14 sədr müavinindən biri olan yunan deputat Kaili, İtaliyanın Articolo Uno Partiyasının üzvü Pier-Antonio Panzeri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BTİK) baş katibi Luka Visentini və Qrupun köməkçisi Françesko Giorgi korrupsiya istintaqı çərçivəsində saxlanılıb. Polisin keçirdiyi reydlərdə 500 min avro ələ keçirilib.
Hülya,
SİTAT.İNFO