Qətərlə bağlı rüşvətdə ittiham olunan deputatın aqibəti...

22:46 13 Dekabr 2022

Yunanıstan parlamentinin deputatı Eva Kaili rüşvət qalmaqalında iştirakını rədd etsə də, o, vəzifəsindən məhrum edilib. 

Bu gün Avropa Parlamenti deputatları xanım Kailinin vəzifəsindən məhrum edilməsi üçün 625 səs verib.

O, həmçinin parlamentin Sosialistlər və Demokratlar Qrupundan kənarlaşdırılıb və Yunanıstanın sol mərkəzçi Pasok partiyasından xaric edilib.

Yunanıstan hakimiyyəti ona, ərinə və yaxın ailə üzvlərinə məxsus aktivləri dondurub.

Xatırladaq ki, dekabrın 11-də Brüsseldə 44 yaşlı Eva Kailiyə qarşı korrupsiya ittihamı irəli sürülüb. Belçika polisi Dünya Çempionatına ev sahibliyi edən Qətər üçün işləyən şəxslərin Brüsseldəki siyasi müzakirələrə təsir etmək məqsədilə avropalı siyasətçilərə külli miqdarda rüşvət verməklə bağlı iddiaları araşdırıb. O, Qətərlə bağlı rüşvətdə təqsirləndirilən dörd şübhəlidən biridir. Belə ki, axtarışlar zamanı Avropa Parlamentinin deputatının mənzilindən 150.000 avro və çamadanından 750.000 avro dəyərində nağd pul tapılıb.//“Qafqazinfo”



Xəbər xətti