Milad bayramı ərəfəsində rus qoşunları Ukraynanı tərk edəcək? - Danilovdan şok açıqlama

22:34 13 Dekabr 2022

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov prezident Vladimir Zelenskinin Milad bayramında Rusiya qoşunlarının Ukraynadan çıxarılması təklifini şərh edib.

Sitat.info xəbər verir ki, o, Moskvanın belə bir addım atmayacağına inanır.

"Əlbəttə, Miladda bəzi möcüzələr ola bilər, lakin təəssüf ki, bu, Rusiyaya aid deyil. Biz başa düşürük ki, onlar heç yerə getməyəcəklər", - Danilov telemarafonun efirində deyib.

Eyni zamanda o, rus işğalçılarının Ukrayna ərazisini, o cümlədən Krımı tərk etməyə məcbur ediləcəyini əmin edib.

Zamex.az SİZİN SÜRƏTLİ KARQONUZ...

Dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenski Moskvanı Milad bayramı münasibətilə qoşunlarını Ukraynadan çıxarmağa dəvət edib. 

 Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ilin sonuna qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılması mümkün deyil. 

Öz növbəsində Fransa prezidenti Emmanuel Makron Rusiya qoşunlarının işğal etdiyi Zaporojye atom elektrik stansiyasının ərazisindən ağır silahların çıxarılmasına dair razılaşmanın əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, belə bir addımın şərtləri müzakirə olunur.

Səid,

Sitat.info



Xəbər xətti