Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 650 428 410 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, ABŞ Cons Hopkins Universiteti məlumat yayıb.
Virusun yayılmasının əvvəlindən indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 656 min 422 nəfər dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.