Tibbdə yeni səhifə açıldı : Ölümcül xəstəliyin peyvəndi tapıldı

16:40 14 Dekabr 2022

ABŞ-da Koronavirusa qarşı peyvənd istehsal edən “Moderna”, xərçəng peyvəndi üçün çox gözlənilən nəticələrini yayımlayıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, şirkətin verdiyi açıqlama tezliklə elm aləmində bir nömrəli gündəm mövzusuna çevrilib.

Belə ki, şirkət peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyduğunu açıqlayıb.

Zamex.az -da yeni fürsətlər... 

“Keytruda” adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, ölümcül dəri xərçəngində ölüm və ya xəstəliyin təkrarlanma riskində azalma olduğu bildirilib.

157 dəri xərçəngi xəstəsini üçüncü və dördüncü mərhələdə araşdıran alimlər əks-göstəriş riskini 14,4% olaraq təyin ediblər.

Moderna adından açıqlamalar verən şirkətin tibbi inkişaflar üzrə vitse-prezidenti Paul Burton, "Tədqiqat nəticələri xərçəngin müalicəsində yeni bir perspektiv təmin edəcək" - deyib.



Xəbər xətti