Rusların Ukraynada öldürdüyü uşaqların sayı kəskin artıb - Dəhşətli rəqəm...

11:44 15 Dekabr 2022

Ukraynada işğalçılar tərəfindən öldürülən uşaqların sayı kəskin artıb.

Dekabrın 15-i səhər saatlarına olan məlumata görə, Rusiyanın işğalçı hücumu nəticəsində Ukraynada 1303-dən çox uşaq (yetkinlik yaşına çatmayan şəxs) xəsarət alıb.

Sitat.info xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun rəsmi məlumatına görə, 447 uşaq ölüb, 856-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki müvəqqəti işğal olunmuş ərazilərdə vəziyyətin necə olduğu bəlli deyil, azad edilmiş ərazilərdəisə aktiv döyüş əməliyyatları aparılır.

Uşaqlar ən çox Donetsk vilayətində - 426, Xarkovda - 267, Kiyevdə - 117, Nikolayda - 80, Zaporojyedə - 78, Xersonda - 72, Çerniqovda - 68, Luqanskda - 65, Dnepropetrovskda - 33 nəfər zorakılığa məruz qalıb və ya öldürülüb. 

 Rusiya  silahlı qüvvələrinin atəşə tutması nəticəsində Ukraynada 3126 təhsil müəssisəsi zərər görüb, onlardan 337-si tamamilə dağıdılıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti