Ruslar 6 vilayətə S-300-lə hücuma keçdi: İkimərtəbəli bina vuruldu -FOTO

11:44 15 Dekabr 2022

Xarkov vilayətində düşmən Kupyanski istiqamətini intensiv atəşə tutub, mühüm infrastruktur obyekti zədələnib.

Yanğın baş verib və bir qadın yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Telegram-da səhər saatlarına olan bölgədəki vəziyyət barədə məlumat verib.

"Son sutka ərzində Xarkova hücum qeydə alınmayıb. Lakin düşmən Kupyansk istiqamətində intensiv atəşi davam etdirir. İşğalçılar Krasnaya Zarya, Krasnoe, Staritsa, Dvureçnaya və Novomlinsk yaşayış məntəqələri rayonlarında qoşunlarımızın mövqelərinə hücum ediblər".

 

Sinegubov bildirib ki, Kupyanski rayonunun Kovşarovka bələdiyyəsində 63 yaşlı qadın qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

"Saat 23:45 radələrində Kupyansk şəhərində “S-300” hava hücumundan müdafiə sistemindən atəşə tutulması nəticəsində mühüm infrastruktur obyekti zədələnib. Bundan əlavə, Kupyansk rayonunda ikimərtəbəli inzibati bina yanıb. Düşmən atəşinə məruz qalıb, ölən və yaralanan olmayıb”.

Səid,

Sitat.info



Xəbər xətti