Ərdoğan: Suriya, Türkiyə, Rusiya - üçlü addımlar atmaq istəyirik

14:15 15 Dekabr 2022

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın açıqlamalarında diqqət çəkən məqamlar var:

"TANAP öz həcmini doldurdu, TAP da. Dostlarımız yeni xəttin çəkilib-çəkilməməsi üzərində işləyəcəklər ki, buna uyğun addımlar atılsın" -deyə Türkiyə prezidenti bildirib. 

Ərdoğan Suriya və Rusiya ilə birgə müzakirələrin aparıldığını da açıqladı.

"Suriya, Türkiyə və Rusiyanın üçlü addım atmasını istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat orqanlarımız, müdafiə nazirlərimiz, sonra xarici işlər nazirlərimiz bir araya gəlməlidir. Putinə təklif etdim ki, Türkiyə, Suriya və  Rusiya liderləri olaraq bir araya gələk, o da  müsbət baxdı. Beləliklə, danışıqlar zəncirinə başlayacağıq".

Türkmən qazının Türkiyədən nəqlinə toxunan Ərdoğan vurğulayıb ki, Türkmənistan prezidenti Serdar  Berdimuhəmmədov 2023-cü ilin əvvəlində Ankaraya rəsmi səfər edəcək. "Bu məsələnin mahiyyətini orada qoyacağıq. Türkiyə, Azərbaycan, Türkmənistanın energetika nazirləri detalları danışacaqlar. Nazirə göstəriş verdim ki, 1 aya yekun vursun".

Suriyadan neft satışına gəlincə, Ərdoğan vurğulayıb ki, neft quyuları koalisiya qüvvələrinin zəmanəti  altındadır: "Bunları rejimə haradan satırlar? Deməli, Terror təşkilatı satır. İndiyə qədər səbirli olduq, artıq səbr bitdi".

 Nərgiz,

SİTAT.İNFO

 



Xəbər xətti